Şrift:
Pan Gi Mun İrandakı son vəziyyətlə bağlı məruzə hazırlayıb
08.10.2012 [11:42] - Gündəm
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Pan Gi Mun İranda hazırki vəziyyətlə bağlı məruzə hazırlayıb.

İrana qarşı beynəlxalq sanksiyalar ölkədə iqtisadi və humanitar sahələrdə əhəmiyyətli geriləməyə səbəb olub. Belə bir nəticə BMT baş katibinin ötən gün açıqlanan məruzəsində öz əksini tapıb. Məruzədə qeyd olunur ki, sanksiyalar ölkədə əhalinin bütün təqəbələrinə mənfi təsir göstərib. Qadağalar inflyasiyanın artmasına, xammal və elektrik enerji qiymətlərinin qalxmasına və ilkin tələbat mallarının çatışmazlığına səbəb olub. Maliyyə əməliyyatlarında yaranan çətinliklə əlaqədar bir sıra tibb təşkilatları İrana dərman göndərməkdən imtina edirlər. Dərman və ilkin tələbat mallarının çatışmazlığı əhali arasında ciddi narazılığa səbəb olub. Son günlər ölkədə polislə qarşıdurma ilə nəticələnən kütləvi nümayişlər baş verib. Müşahidəçilər yaxın vaxtlarda İranda humanitar vəziyyətin daha da pisləşəcəyini güman edilər. Belə ki, oktyabrın 15-də Avropa İttifaqı İrandan qazın idxalını dayandıra bilər ki, bu da ölkəni əsas gəlir mənbəyindən məhrum edəcək.
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed