Şrift:
Türkiyə KİV-ləri Türk Şurasının Zirvə görüşünü geniş işıqlandırıb
11.04.2020 [14:52] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşü Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

“TRT Haber”, “a Haber” və digər televiziya kanalları, Anadolu, İHA xəbər agentlikləri, eləcə də “Milliyet”, “Hürriyet” kimi qəzetlər Zirvə görüşü ilə bağlı reportajlar yayıb, məqalələr dərc ediblər. Bütün dünyanı cənginə alan koronavirusla mübarizədə liderlərin nümayiş etdirdikləri qətiyyətli mövqe diqqətə çatdırılıb. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun təşkilata üzv ölkələrdə görülən işlərdən razı qalması materiallarda xüsusi qeyd edilib.

Materiallarda bildirilir ki, COVID-19 infeksiyası ilə mübarizədə həmrəylik göstərən liderlər böhrandan sonrakı dövrdə də birgə fəaliyyət üçün mühüm qərarlar qəbul edəcəklər.
Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed