Şrift:
KİV: Şimali Koreya liderinin vəziyyəti ağırdır
22.04.2020 [11:34] - Xəbərlər, Siyasət
“Şimali Koreya lideri Kim Çen In cərrahiyyə əməliyyatı keçirib və vəziyyəti çox ağırdır”.



“CNNTurk” xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) yüksək vəzifəli dövlət rəsmisi iddia edib.



Həmin məmur Kim Çen Inın səhhətinin ağır olması barədə kəşfiyyat məlumatını araşdırdıqlarını deyib.



Şimali Koreya rəhbərinin aprelin 15-də babası Kim İr Senin doğum günü ilə bağlı keçirilən təntənəli tədbirdə iştirak etməməsi iddiaya sübut olaraq göstərilir.



Cənubi Koreyada çıxan “Daily NK” qəzeti Kim Çen Inın ürək-damar sistemində problemin olduğunu və bu səbəbdən cərrahiyyə əməliyyatı keçirdiyini yazıb.
Bu xəbər oxucular tərəfindən 291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed