Şrift:
DST: Qərbi Avropa pandemiya ilə bağlı ağır mərhələni arxada qoyub
23.04.2020 [11:55] - Xəbərlər, Sosial
Ümumdünya Səhiyyə Təşkilatına (DST) görə Qərbi Avropa ölkələri koronavirus pandemiyasının yayılmasında “dağı aşa biliblər” və ağır mərhələni arxada qoyublar. Təşkilatın baş direktoru Tedros Qebreyesus bildirib ki, sabit gedişat və ya azalan trend bunu deməyə əsas verir.

Təşkilat rəhbəri pandemiya ilə bağlı brifinqdə məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması və sosial-iqtisadi həyatın bərpa olunmasında ehtiyatlı olmağa çağırıb. Qeyd edilib ki, epidemiya asanlıqla yenidən alovlana bilər. Ona görə də infeksiya halları mümkün qədər erkən mərhələdə aşkarlanmalı, yoluxmuş şəxslər təcrid olunmalı və onlarla təmasda olan şəxslər karantin altına alınmalıdır.

Eyni zamanda, diqqətə çatdırılıb ki, hazırda Şərqi Avropa, Afrika, Mərkəzi və Cənubi Amerikadakı vəziyyət narahatlıq doğurur. Həmin regionlardakı əksər ölkələr epidemiyanın hələ də erkən mərhələsindədir. Dünya ölkələrinin dörddəüçü epidemiyanın yayılmasına qarşı mübarizədə hərəkət planına malik olsa da, onların yarısı növbəti yoluxma halları və adekvat gigiyena qaydaları və ya informasiya kampaniyaları barədə əsaslı planlara malikdirlər.

T. Qebreyesus bildirib ki, virusa qarşı mübarizədə hələ qarşıda uzun yol var və pandemiya bəşəriyyəti hələ uzun müddət məşğul edəcək.
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed