Şrift:
AHİK Şirvan bölgəsində ehtiyacı olan şəxslərə və ailələrə ərzaq bağlaması paylayıb
30.04.2020 [16:03] - Gündəm, Sağlıq
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən ötən gün karantin rejimi şəraitində yardıma ehtiyacı olan şəxslər və ailələr üçün göndərilən gündəlik tələbat mallarından ibarət ərzaq bağlamalarının Şirvan zonası üzrə paylanması başa çatıb.

Zona üzrə 10 rayonun hər birinə 50 bağlama olmaqla, ümumilikdə, 500 sovqat paylanıb. Ərazi üzrə bağlamalar Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Qəbələ, Kürdəmir, Ucar, Zərdab, Şamaxı və Qobustan rayonlarına çatdırılıb. Bəzi rayonlarda sovqatların göndərilən gün – aprelin 29-da paylanılması təşkil olunub, qalan rayonlarda isə bu iş aprelin 30-da yerinə yetirilib.

Qeyd edək ki, ən zəruri gündəlik ərzaq məhsullarından ibarət bağlamalar rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan siyahıya əsasən daha çox ehtiyacı olan sakinlərə və ailələrə evlərində verilib.

Sakinlər respublikamızda təhlükəli pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində görülən operativ və təxirəsalınmaz tədbirlərə, sosial izolyasiya şəraitində vətəndaşlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, xeyirxah insanlara öz minnətdarlıqlarını bildiriblər. Əminliklə söyləyiblər ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu çətin sınaqdan da uğurla çıxacaq.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed