Şrift:
Həmədanda Azərbaycanın tarixi abidəsinin bərpası ləngidilir
04.05.2020 [13:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Həmədan əyalətində yerləşən tarixi “Mir Fəttah Soyuducusu”nun dağılmasından bir il keçməsinə baxmayaraq abidənin bərpası gecikdirilir.





Qacar dövrünə aid olan tarixi abidə 2019-ci il mart ayında güclü yağıntılar nəticəsində dağılıb, əsas hissəsi sıradan çıxıb.





Günbəz şəklində olan “Mir Fəttah Soyuducusu” uzun illər idi ki, baxımsız vəziyyətdəydi.





Həmədan əyalətinin Mədəni irs, Turizm və Əl Sənayesi Təşkilatının direktoru Əli Malmir hadisədən bir neçə gün sonra mətbuata verdiyi müsahibədə “bu tarixi abidənin bərpası Mədəni irs Təşkilatının cari ildə ilk bərpa planı olacaq” demişdi.





Lakin verilən vədlərdən bir il keçməsinə baxmayaraq, abidə hələ də bərpa olunmayıb.





İranın Mədəni irs, Turizm və Əl Sənayesi məsulları bərpa işlərinin ləngidilməsini ölkədə koronavirus pandemiyasının yayılmasına bağlayırlar.





Həmədan əyalətinin Məlayer məntəqəsinin Mədəni irs, Turizm və Əl Sənayesi Təşkilatının direktoru İbrahim Cəlili isə əyalət və ölkə məsullarını bərpa işləri üçün ən qısa zamanda vəsait ayırmağa çağıraraq qeyd edib ki, maddi vəsait ayrılsa abidənin bərpası işləri bu il tamamlana bilər.





Kərpicdən tikilən tarixi abidə 2001-ci il martın 15-də ölkənin milli siyahısında qeydə alınıb. Hündürlüyü 12 metr olan “Mir Fəttah Soyuducusu”nun iki qapısı var idi.





Azərbaycanın tarixi məkanlarının tədricən məhv edilərək sıradan çıxarılması prosesi sistemli şəkildə müxtəlif şəhər və kəndlərdə həyata keçirilir. Fars bölgələrində isə bunun əksinə şahid oluruq.
Bu xəbər oxucular tərəfindən 177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed