Şrift:
İran Parlamenti milli pul vahidinin riyaldan tümənə dəyişdirilməsi ilə bağlı qanun layihəsini qəbul edib
04.05.2020 [15:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Milli Məclisi ölkənin milli valyutasının gələn 3 ildə tümənə dəyişdirilməsi ilə bağlı qanunlayihəsini qəbul edib.



Qanunun qüvvəyə minməsindən sonra 1 tümən 10 min riyala bərabər olacaq. Bir müddət əvvəl Mərkəzi Bank 1 tümənin yeni pul vahidi olacaq 100 "parse"yə bərabər olmasını təklif etmişdi.



Parlamentin qərari ilə dövlətə təyin edilən müddət ərzində riyal əskinasları və qəpiklərinin toplanması və çıxarılması üçün irəli gələn bütün vəzifələri icra etmək tapşırılıb.



İran hökumətinin sözçüsü Əli Rəbii məsələ ilə əlaqədar bildirib ki, bu qanun layihəsi maliyyə əməliyyatlarını sadələşdirmək üçün qəbul edilib.



Qeyd etmək lazımdır ki, İranın milli pul vahidi kimi tümənin təyin edilməsi və puldan 4 sıfırın silinməsi ilə bağlı təkliflər 2018-ci ilin yanvar ayından irəli sürülmüşdü.



İranlı rəsmilər buna səbəb kimi inflyasiya həddinin davamlı olaraq yüksək qalması, bunun nəticəsində döviyyədə pul əskinaslarının çoxalması, eləcə də xalqın milli pul vahidi riyal adından istifadə etməməsi, onun əvəzinə qeyri- rəsmi ad sayılan "tümən" işlətməsini göstərmişdilər.



İranlı deputatlar bildirirlər ki, milli pul vahidindən 4 sıfırın silinməsi və onun tümənə dəyişdirilməsi nə iqtisadiyyatda, nə də xalqın sosial rifahında müsbətə doğru heç bir dəyişikliyə səbəb olmayacaq.
Bu xəbər oxucular tərəfindən 166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed