Şrift:
İslam Respublikası- Ermənistan münasibətləri yüksək səviyyədədir
12.10.2012 [10:47] - Gündəm
Ermənistan parlamentinin sədri Ovik Abramyan ötən gün İslam Respublikasının İrəvandakı səfiri Məhəmməd Rəisini qəbul edib.
«Novosti Armeniya»in məmlumatına görə, erməni rəsmisi iki ölkə arasında bütün sahələr üzrə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
«Tərəddüdsüz demək olar ki, Ermənistanla İran arasında əlaqələr yüksək səviyyədədir və bu qarşılıqlı anlaşma şəraitində davam etməkdədir» - deyə, O.Abramyan söyləyib.
İslam Respublikasının səfiri öz növbəsində iki dövlət arasında yüksək səviyyəli siyasi münasibətlərin olduğunu vurğulayaraq, bunun iqtisadi əlaqələrin inkişafına təsir etməsi üçün hər cür imkanın olduğunu bildirib.
Abramyan son illər ikitərəfli iqtisadi əlaqələrdə müsbət yöndə irəliləyişin olduğun İslam Respublikası diplomatının diqqətinə çatdırıb.
İranlı diplomat O.Abramyana İslam Məclisinin sədri Əli Laricaninin salamlarını çatdırıb, İrana rəsmi dəvətini təqdim edib. Məhəmməd Rəisi bütün sahələr üzrə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin də vacibliyini qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed