Şrift:
Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 174 nəfərə çatıb
06.05.2020 [12:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 41 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 174 nəfərə, xəstəliyə yoluxanların ümumi sayının isə 3004 nəfərə çatdığını bildirib. Ağazadənin sözlərinə görə, xəstəliyə yoluxanlardan 1480 nəfər tam sağalaraq evlərinə göndərilib.





Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 1030 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha beş nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 108 olaraq qalır. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 828 nəfər tam sağalaraq evə buraxılıb.





Güney Azərbaycanın Həmədan, Şərqi Azərbaycan, Ərdəbil və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmləri açıqlamaqdan imtina edir.
Bu xəbər oxucular tərəfindən 78 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed