Şrift:
Pompeo: “İran rejimi bir tərəfdən deyir ki, onun pulu yoxdur, digər tərəfdən də terrorizmi maliyyələşdirir”
06.05.2020 [13:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo mayın 5-də “Twitter”də paylaşdığı bir yazıda İran rejiminin terrorizmə dəstəyini davam etdirməsinə münasibət bildirib.



Pompeo deyib ki, İran rejimi və onun rəhbərlərinin sanksiyaların ləğv olunmasından məqsədi, əldə edilən pulları ehtiyac içində olan öz xalqına yox, məhz beynəlxalq terrorizmə sərf etməkdir: “İranlılar terrorizmi maliyyələşdirməyi davam etdirirlər. Rejim rəhbərləri iddia edirlər ki, onların öz xalqına sərf etməyə və onların sağlamlığını qorumağa pulu yoxdur və məhz buna görə də, sanksiyaların aradan qaldırılmasını istəyir.



Halbuki bizim bildiyimizə görə, onların (rejimin) pulu və sərvəti var və həmin pulu sadəcə olaraq terrorizmə sərf edirlər. Daha doğrusu, İran rejimi bir tərəfdən deyir ki, onun öz xalqının sağlamlığını qorumağa pulu yoxdur, digər tərəfdən də terrorizmi maliyyələşdirir” -deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter”də yaydığı yazısında bildirib.
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed