Şrift:
İran-Pakistan sərhəddində güclü partlayış baş verib- Ölənlər var
09.05.2020 [13:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Pakistanın İranla həmsərhəd bölgəsində güclü partlayış baş verib.



Partlayış Pakistanın İranla həmsərhəd bölgəsi sayılan Bəlucistan əyalətində baş verib. Sərhəd buraxılış məntəqəsindən 14 kilometr uzaqda yaşanan hadisə nəticəsində 5 pakistanlı əsgər ölüb, 1 zabit yaralanıb.



Pakistan ordusunun yaydığı məlumata görə, hadisə həmin hərbçilərin tapşırılmış missiyanı yerinə yetirib geri qayıdan zaman maşınlarının qarşısında bombanın partlaması nəticəsində baş verib.



Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.



Qeyd etmək lazımdır ki, sözügedən bölgədə ara-sıra bu cür hadisələr və hərbçilərlə silahlılar arasında toqquşmalar baş verir.
Bu xəbər oxucular tərəfindən 351 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed