Şrift:
Güclü yağış və qar Gürcüstanda ciddi problemlər yaradıb
10.05.2020 [17:31] - Xəbərlər, Borçalı
Gürcüstan ərazisində güclü leysan yağışları və qarın yağması bir sıra problemlər yaradıb.

leysan yağışları nəticəsində çaylarda suyun səviyyəsi artıb, sel suları körpü və yolları dağıdıb, torpaq sürüşməsi baş verib. Bəzi bölgələrlə quru yol əlaqəsi kəsilib.

Leysan yağışları azərbaycanlıların yığcam yaşadıqları Laqodexi rayonuna da ciddi ziyan vurub.

Qabal çayının daşması nəticəsində Tsodniskari, Apeni və Qabal kəndlərində əkin sahələri, eləcə də evlərin zirzəmisi və həyətyanı sahələr su altında qalıb.

Əraziyə xilasedicilər cəlb edilib. Yağıntıların davam edəcəyi təqdirdə kəndlərdə əhalinin daha böyük problemlə üzləşəcəyi bildirilir.

Qar uçqunu və torpaq sürüşməsi nəticəsində Batumi-Axaltsixe magistralı bağlanıb.

Gürcüstandan Rusiyaya gedən yeganə Mtsxeta-Stepandsminda-Lars beynəlxalq avtomagistralında avtomobillərin hərəkətinə mədhiyyələr qoyulub, bəzi bölgələrdə ümumiyyətlə avtomobillərin hərəkəti qadağan edilib.
Bu xəbər oxucular tərəfindən 500 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed