Şrift:
Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 3360 nəfərə çatıb
12.05.2020 [16:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 56 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 3368 nəfərə çatdığını bildirib. Ağazadənin sözlərinə görə, xəstəliyə yoluxanlardan 1542 nəfər tam sağalaraq evlərinə göndərilib. Rəsmi infeksiyadan ölənlərin sayının 185 nəfərə çatdığını deyib.





Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 1068 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha yeddi nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 113 nəfərə çatıb.





Şərqi Azərbaycanda dünən verilən məlumata görə, xəstəliyə yoluxanların sayı 5813 nəfərə, infeksiyasından ölənlərin ümumi sayı isə 403 nəfərə çatıb.





Həmədan əyalətində də dünən açıqlanan rəqəmlərə əsasən 103 nəfər koronavirus infeksiyasından canını itirib. Xəstəliyə yoluxanların sayı isə 898 nəfərə çatıb.





Güney Azərbaycanın Ərdəbil və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmləri açıqlamaqdan imtina edir.
Bu xəbər oxucular tərəfindən 343 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed