Şrift:
Fərəc Quliyevi niyə hədəfə alıblar?
15.10.2012 [11:41] - Özəl xəbər, Fərəc Quliyev
MDHP rəsmisi çəkişmədən danışdı

"Son zamanlar Uluslararası Güney Azərbaycan Konseyinin (UGAK) daxilində yaranan ixtilaflar qurumun fəaliyyətini Güney Azərbaycan məsələsinə deyil, daxili çəkişmələrə yönəldib. Bu ixtilafların mətbuat səhifəsinə çıxması və bəzi çirkin məqsədli adamların bu çəkişmələrdən istifadə edərək, qurumda təmsil olunan siyasi və ictimai təşkilatların rəhbərlərini hədəf alaraq onları ləkələmək cəhdləri müşahidə olunmaqdadır" - Milli Dirçəliş Hərəkatı Partiyasının rəsmisi Tahir Seyidov belə deyib: "Zəlimxan Məmmədli və Fərəc Quliyev Firudin Cəlilova qarşı" sərlövhəli yazı da bu qəbildəndir.

Biz bu yazıya Firudin Cəlilovun özünün münasibət bildirməməsindən təəssüflənirik. Xatırladaq ki, təşkilatımız yaranan gündən bütöv Azərbaycan hədəfini prioritet götürüb". Fərəc Quliyevin tərəfdaşı qeyd edib ki, MDHP-nin Təşkilat Komitəsi yarandığı vaxtdan - 2003-cü ildən partiyanı departamentlik institutu modelində formalaşdırıb: "Təşkilatda müxtəlif departamentlər, o cümlədən Güney Azərbaycan departamenti formalaşıb. Təkcə "Təbriz" qəzetini nəşr etdirməyimizi xatırlatmaq kifayət edər". Qeyd olunur ki, təşkilatın liderinin Güney Azərbaycanla bağlı fəaliyyətinin bir neçə məqamına nəzər salmaqla, quruma daş atanların yanlışlıq içində oldugunu özlərinə xatırlatmaq yerinə düşər: "Milli Dircəliş Hərəkatı Partiyasının sədri, parlamentin deputatı 1990-cı ildə baş tutmuş sərhəd hərəkatının ideoloq və təşkilatçılarından biri kimi 1991-ci ildə Azərbaycan parlamentində müstəqillik aktı qəbul olunarkən respublikamızın adının Quzey Azərbaycan Respublikası qoyulması təklifi ilə çıxış edib. O, 2010-cu ildə yenidən Milli Məclisə secildi və ilk sessiyada Turkməncay müqaviləsinin qüvvədən düşməsinin tanınması məsələsini qaldirdı. Biz Bütöv Azərbaycan hədəfli təşkilatıq, hec bir bölücülüyü qəbul etmirik. Bütöv Azərbaycan davasının bir mərhələsi olan Güney Azərbaycanın müstəqillik mübarizəsinə könül verən fərdlər, QHT-lər, partiyalar, dərnəklər, ictimai təşkilatlar, bölünmüş təşkilatların bütün qanadları ilə əməkdaşlığı məqbul sayırıq". Tahir Seyidov qeyd etdi ki, burada təşkilatlar konseydəki təmsiçiləri vasitəsi ilə əlaqə yaradır,əməkdaşlıq edirlər: "Kimsə bu əməkdaşlıq mərkəzini dərnəyə çevirmək, başqan olmaq və bunun üçün ixtilaf və daxili çəkişmələr yaradırsa, yanlışlığa yol verir. Konseyin yarandığı forumda Milli Dircəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bu quruma seçilməyə nümayəndələrin təkidi ilə razılıq versə də, bütün təkidlərə baxmayaraq, İdarə Heyətinə daxil olmadı. Göründüyü kimi, ambisiyalı konsey üzvlərinin əli ilə Fərəc Quliyevin adının bəzi yazılarda, çəkişmələrdə hallandırılması qərəzlidir.

Biz bu çəkişmələrdə heç vaxt iştirak etməmişik və iştirak etmirik, tərəf deyilik. Tövsiyə edirik ki, qurumun çəkişən bütün tərəfləri özlərində güc tapıb bir araya gəlsin, İran imperiyasını sevindirməsinlər".



A.Tağıyev Gündəlik Bakı qəzeti.
Bu xəbər oxucular tərəfindən 1642 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed