Şrift:
Suriyada həlak olanları sayı 33 mini keçib
15.10.2012 [13:02] - Gündəm
Suriyada hökumət qoşunları ilə üsyançılar arasında döyüşlər başlanandan 33 mindən artıq insan həlak olub.«Syrian Observatory for Human Rights» insan haqlarını müdafiə təşkilatının hesabatında belə deyilir.

«Suriyada ötən ilin martından ən azı 33 min 82 nəfər öldürülüb. Onların çoxu mülki şəxslərdir», deyə hesabatda bildirilir.

Suriyalı hüquq müdafiəçilərinin sözlərinə görə həlak olanlardan 23 min 630 nəfəri mülki şəxslər, 8 min 211 nəfəri hərbçilər, 1 min 241 nəfəri isə silahlılardır. Məlumata əsasən, təxminən min nəfər son 5 gün ərzində öldürülüb.
Bu xəbər oxucular tərəfindən 871 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed