Şrift:
Son sutkada Fransada koronavirusdan 483 ölüm faktı qeydə alınıb
18.05.2020 [15:42] - Xəbərlər, Sosial
Fransa COVID-19 epidemiyası ilə bağlı tətbiq olunan təcrid rejimindən tədricən çıxmağa başlasa da, virus hələ də can almaqda davam edir.

Son 24 saat ərzində virusdan ölənlərin sayı 483-ə çatıb.

Ölkədə martın 1-dən bu günədək epidemiyadan 28 min ölüm faktı qeydə alınıb. İndiyədək Fransada 98 min 569 insan koronavirusa görə xəstəxanaya yerləşdirilib ki, onlardan 17 min 500-ü reanimasiya şöbələrində olub. Virusdan sağalanların sayı 61 mindir.
Bu xəbər oxucular tərəfindən 447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed