Şrift:
Amerikada silahlı insident zamanı 13 nəfər yaralanıb
19.05.2020 [10:08] - Gündəm, Hadisə
ABŞ-ın Luiziana ştatında anım mərasimi zamanı silahlı insident baş verib.


RİA Novosti- xəbər verir ki, bu barədə “WAFB9” yerli telekanalı məlumat yayıb.


Hadisənin şənbə günü Boqalusa şəhərində qeydə alındığı bildirilir.


Yerli vaxtla saat 21.00-da şəhərdə atışma barədə polisə zəng daxil olub. Hadisə yerinə gələn polis ərazidə güllə yarası almış bir neçə nəfərin olduğunu aşkarlayıb.


Telekanalın məlumatına görə, atışma zamanı 13 nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdədir.
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed