Şrift:
Ukraynada son günlər koronavirusa yoluxma halları azalıb
19.05.2020 [10:54] - Gündəm, Sosial
Ukraynada son üç gündür koronavirusa yoluxma halları azalır.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, Ukraynada son sutkada 260 nəfər koronavirusa yoluxub, 13 nəfər isə ölüb. Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 18 min 876 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 548 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 6100 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə mayın 22-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed