Şrift:
İranda daha 62 nəfər koronavirusdan ölüb, 2111 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb
19.05.2020 [15:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir sutka ərzində daha 62 nəfər koronavirusdan ölüb, 2111 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib.



Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 19-pandemiya qurbanlarının yeni statistikasını açıqlayarkən məlumat yayıb.



Cahanpur deyib ki, daha 62 nəfərin həyatını itirməsi ölkədə “Covid-19” xəstəliyindən ölənlərin ümumi sayı 7119 nəfərə yüksəlib: “Dünəndən bu günə qədər daha 1806 yeni koronavirusa yoluxma halının aşkar olunması ilə, xəstəliyə yoluxanların ümumi sayı isə 124 min 603 nəfərə çatıb.



Xoşbəxtlikdən son bir gün ərzində xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 97 min 173 nəfərə yüksəlib.



Təəssüflər olsun ki, koronavirusa yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicə alan 2698 xəstənin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed