Şrift:
İranda daha 59 nəfər koronavirusdan ölüb, 1869 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib
25.05.2020 [16:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir sutka ərzində daha 59 nəfər koronavirusdan ölüb, 1869 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib.



Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında ölkədə koronavirusla bağlı yeni statistikanı açıqlayarkən məlumat yayıb.



Cahanpur deyib ki, son bir gün ərzində İranın müxtəlif şəhər və bölgələrində daha 59 nəfər “Covid-19” infeksiyasından həyatını itirib: “Bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 7359 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 133 min 521 nəfərə çatıb.



Xoşbəxtlikdən xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 104 min 72 nəfərə yüksəlib.



Təəssüflər olsun ki, koronavirusa yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicə alan 2633 xəstənin vəziyyəti ağırdır və bu xəstələr xüsusi rejimili xəstəxanalarda həkimlərin nəzarətində saxlanılırlar” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 7359 nəfərə, yoluxanların sayının isə 133521 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” pandemiyasından ölənlərin sayının 45500 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed