Şrift:
Gürcüstan hökuməti dövlət büdcəsində dəyişikliklər edəcək
01.06.2020 [11:08] - Xəbərlər, İqtisadiyyat
Son vaxtlar dünyada tüğyan edən koronavirus pandemiyası Gürcüstan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Hökumət yaranmış vəziyyətlə əlaqədar dövlət büdcəsinin göstəricilərinə yenidən baxacaq. Bəzi rəqəmlər dəyişəcək.

Bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya deyib.

Onun sözlərinə görə, büdcə daxilolmalarının 1 milyard 800 milyon lari, xərclərin isə 600 milyon lari azaldılması nəzərdə tutulub. Xərclərin 300 milyon larisini cari xərclər, qalan hissəsini əsaslı xərclər təşkil edəcək.

Qeyd olunub ki, Beynəlxalq Valyuta Fondunun ilkin hesabatına görə, bu il Gürcüstan iqtisadiyyatının inkişaf tempi 4 faiz azalacaq. “Bu göstərici bir sıra ölkələrlə müqayisədə çox olsa da, bəzilərindən xeyli azdır”, - deyə Baş Nazir vurğulayıb.

O deyib ki, ilin əvvəlində hökumət tərəfindən biznes və sosial layihələrə dəstək üçün 3 milyard lari nəzərdə tutulmuşdu. Hazırda isə bu məqsədlər üçün 4 milyard 200 milyon lari tələb olunur.

Gürcüstan beynəlxalq donor ölkələrindən 1 milyard 500 milyon dollar maliyyə dəstəyi alıb.

G.Qaxariya bildirib: “Özəl sektorun və bank sektorunun inkişafı üçün də layihələr hazırlanıb. Bunun üçün beynəlxalq donor təşkilatları ilə danışıqlar aparılır və daha 1,5 milyard dollar maliyyə vəsaitinin alınması üçün ilkin razılıq əldə olunub”.
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed