Şrift:
Böyük Britaniyada koronavirusun müalicəsi üçün beş dərman sınaqdan keçiriləcək
03.06.2020 [09:29] - Gündəm, Sağlıq
Böyük Britaniyanın 30 xəstəxanasında koronavirusun müalicəsi üçün beş dərman sınaqdan keçiriləcək.

“Guardian” qəzetində yazılan məlumata görə, Britaniyadakı elm adamları COVID-19-un təsirini yüngülləşdirmək üçün bu sınağı həyata keçirəcəklər.

İlk dəfə sınanacaq dərmanlar bunlardır: Heparin, Bemcentinib, Medi3506, Zilucoplan.

Bunlar Britaniyadakı 200 təsirli dərmanlar arasından seçilənlərdir. Sınaqlar zaman dərmanların faydalı olmadığı müəyyənləşərsə, başqa dərmanlar araşdırılacaq .

Hazırlanan yeni dərmanların güclü antiviral (antiviral dərmanlar grip müalicəsi üçün tez-tez təyin edilir) və iltihab əleyhinə təsirləri olduğunu müəyyən edilib.

Əgər sınanılan dərmanlar müsbət nəticələr verərsə, Oksford Universitetinin başlatdığı milli tədqiqat proqramının bir hissəsi olacaq.

Yeni dərmanların sınaqdan keçirilməsi üçün könüllü axtarılır.
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed