Şrift:
Asiya İnfrastruktur İnvestisiya Bankı koronavirusa görə Filippinə 750 milyon dollar vəsait ayırıb
03.06.2020 [09:30] - Xəbərlər, İqtisadiyyat
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) direktor şurası bankın COVID-19 böhranına qarşı fondundan Filippinə 750 milyon ABŞ dolları ayrılmasını təsdiqləyib.

Bankın Pekindəki mənzil-qərargahından bildiriblər ki, vəsait yeni növ koronavirusla əlaqədar testlərin aparılmasına, kənd təsərrüfatı başda olmaqla, iqtisadiyyatın həssas sektorlarında təxminən bir milyon mikro, kiçik və orta müəssisəyə maliyyə yardımının göstərilməsinə yönəldiləcək.

Bildirilir ki, Filippin koronavirusun yayılmasının qarşısını almaq üçün Cənub-Şərqi Asiyada karantin rejimi tətbiq edən ilk dövlətdir. Karantin rejimi öz növbəsində iqtisadiyyata, daha çox həssas sektorlara və qruplara mənfi təsir edib.

Qeyd edək ki, Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı dövlət və özəl sektordan olan müştərilərin pandemiya ilə əlaqədar artan tələbatını ödəmək üçün COVID-19 böhranına qarşı fondunu 2 dəfə artıraraq 10 milyard ABŞ dollarına çatdırıb. İndiyədək fonddan Hindistana 500 milyon, Çinə 355 milyon, Banqladeşə 250 milyon, Gürcüstana 100 milyon ABŞ dolları ayrılıb.
Bu xəbər oxucular tərəfindən 339 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed