Şrift:
ABŞ-da həbs edilən iranlı alim azadlığa buraxılıb
03.06.2020 [09:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Casusluqda və sanksiya rejimini pozmaqda ittiham edilərək ABŞ-da həbs edilən iranlı professor Sirus Əsgəri azadlığa buraxılıb.

Bu barədə məlumatı İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, artıq iranlı professor azadlıqdadır və bir neçə gündən sonra İrana qayıdacaq.

Oqayo universitetində keçirilən elmi tədbirdə iştirak etmək üçün ABŞ-a yola düşən S. Əsgəri hava limanında həbs edilərək Vaşinqton şəhərinin türməsinə salınmışdı. Alim məxfi elmi məlumatları oğurlamaqda və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiya rejimini pozmaqda ittiham edilirdi. Uzun sürən məhkəmə çəkişməsindən sonra məlum oldu ki, S. Əsgəri qanun pozuntusuna yol verməyib. ABŞ məhkəməsi alimin azadlığa buraxılması haqqında qərar qəbul edib.
Bu xəbər oxucular tərəfindən 81 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed