Şrift:
Aynalı turizm düşərgəsi fəaliyyətini dayandırıb
03.06.2020 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Güney Azərbaycan Xudafərin şəhərinin İcra Hakimiyyətinin başçısı Əhmədəli Əsədpur məlumat verib. Onun sözlərinə görə, bu qərar koronavirusun geniş yayılması səbəbindən, eləcə də meşə yanğınlarının qarşısını almaq məqsədilə verilib.





Qeyd edək ki, Şərqi Azərbaycan əyalətində koronavirusun yayılması yenidən fövqəladə vəziyyət səviyyəsinə çatıb.





Şərqi Azərbaycan əyalətinin Qaradağ bölgəsində qorunan ərazilər siyahısında olan Aynalı kəndi gözəl təbiəti və meşəsinə görə tanınır. Düşərgə Xudafərin vilayətinin Ətraf Mühitin Mühafizəsi idarəsinin nəzarəti altında yerli əhali tərəfindən idarə olunur.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed