Şrift:
Azərbaycanın poçt markası beynəlxalq müsabiqədə təmsil olunur
03.06.2020 [16:14] - Gündəm, İqtisadiyyat
Azərbaycanın poçt markası beynəlxalq müsabiqədə təmsil olunur.

"Azərpoçt" MMC-dən bildirilib ki, poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası (PostEurop) öz saytında 2020-ci il üçün “EUROPA” mövzusunda hazırlanmış poçt markalarının dizaynı üçün səsvermə təşkil edib. Səsvermə bu il mayın 9-dan sentyabrın 9-dək keçirilir.

Qeyd edək ki, “EUROPA” markalarının builki mövzusu “Qədim poçt marşrutları”dır (“Ancient Postal Routers”).

“Azərmarka” MMC tərəfindən hazırlanmış markalar 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən yaradılmış qasid xidmətinə həsr olunub. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin üzərində Şah İsmayıl Xətainin illüstrasiyası olan poçt markası beynəlxalq müsabiqədə iştirak edir. Ənənəvi müsabiqə Avropanın beynəlxalq dövlət poçt operatorları asossiasiyası olan “PostEurop”un internet səhifəsində keçirilir. Müsabiqənin mövzusunu “PostEurop”un marka və filatelistlər üzrə işçi qrupu müəyyən edir. Mayın 9-dan sentyabrın 9-na qədər keçirilən müsabiqədə sadəcə identifikasiya simvolu ilə xüsusi poçt markaları nəşr etmək hüququna malik olan “PostEurop”un üzv ölkələrinin milli poçt operatorları iştirak edir.
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed