Şrift:
İlam əyalətində koronavirusa yoluxanların sayı 1079 nəfərə çatıb
04.06.2020 [09:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İlam əyalətinin Tibb Universitetinin rektoru Məhəmməd Kərimiyan bu gün mediaya açıqlamasında deyib ki, son bir gün ərzində 31 yeni koronavirusa yoluxma halı aşkar edilib: “Bununla da İlamda bu günə qədər infeksiyaya yoluxanların sayı 1079 nəfərə yüksəlib” -deyə, Məhəmməd Kərimiyan bildirib.



Kərimiyan həmçinin ötən bir sutka ərzində İlam əyalətində xəstəlikdən həyatını itirənlərin qeydə alınmadığını bildirərək, əyalətdə bu günə qədər koronavirusdan ölənlərin sayının 67 nəfər olduğunu bəyan edib.
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed