Şrift:
Rusiya, İran və Çin kiber təhlükəli ölkələr siyahısına düşdü
19.10.2012 [11:27] - Xəbərlər
NATO Rusiyanı özünün kiber rəqibləri siyahısına salıb. Rusiyadan başqa bu siyahıya İran və Çin də daxil ediliblər.Noyabr ayının 13-dən 16-dək NATO "Cyber Coalition 2012" təlimlərinə başlayır. Bu təlimlər çərçivəsində alyans ölkələrinə olan kiberhücumlar və kiber əks-zərbələri senarisi üzrə təlim məşqləri keçiriləcək. Ssenariyə görə kiberhücuma Macarıstan və Estoniya məruz qalırlar. Hakerlərin virus hücumu Estoniyanı tamamilə sıradan çıxarır. Hətta kiber hücum nəticəsində NATO-nun hərbi nəqliyyat təyyarəsinin idarəetmə sistemi də sıradan çıxarılır və bunun nəticəsində təyyarə qəzaya uğrayır. Bundan sonra NATO toplantıda əks-zərbə endirmək haqqında qərar qəbul edir və kiber əks-hücumu hərbi zərbələrlə birlikdə endirilir. ABŞ (Amerika Birləşmiş Ştatları) və NATO ölkələrinin kibertəhlükəsizlik sahəsinə ayırdıqları məbləğ ildən ilə artır. 28 alyans üzvünün birlikdə bu sahəyə ayırdıqları pul artıq bir neçə milyard dolları ötüb.
Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed