Şrift:
İranın ticarət gəmisi İraq sahillərində batıb
05.06.2020 [11:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hadisə, iyunun 4-ü axşam saatlarında baş verib və 8 ekipaj heyəti olan İranın yük gəmisi naməlum səbəbə görə qəzaya uğrayaraq, suda batıb. Bildirilir ki, İran gəmisi İraqın “Umm- Qəsr” limanına daxil olmasına icazə verilməsini gözlədiyi bir vaxtda qəzaya uğrayıb.


İraqın dövlət İnformasiya agentliyinin (NİNA) yaydığı xəbərə əsasən, İran gəmisinin 8 ekipaj heyətindən 5-i qurtarılsa da, 3-ü itkin düşüb. Artıq suda boğulduğu təxmin edilən 3 İran vətəndaşının cəsədlərini tapmaq üçün hadisə yerində axtarışa başlanıldığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed