Şrift:
Litvada koronavirus infeksiyasına görə 300 mindən çox insan müayinədən keçirilib
06.06.2020 [17:42] - Gündəm, Sosial
Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1705 nəfərə çatıb.

Bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, pandemiyanın yayıldığı tarixdən bəri ölkədə 331 min 229 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 4935 nəfərdən analiz götürülüb.

Ölkədə COVID-19-dan 71 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 1321 nəfər təşkil edib.
Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed