Şrift:
İranın Prezident Aparatına bağlı sayt Azərbaycanın Qarabağ bölgəsini müstəqil "ölkə" kimi təqdim edib
08.06.2020 [09:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata görə, həmin saytın qeydiyyat bölümündə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi müstəqil ölkələr sırasında təqdim edilib.





Qeyd edək ki, aprel ayında da İİR-in Səhiyyə Nazirliyinin koronavirusla bağlı yaratdığı "Mask" adlı tətbiqdə işğal edilmiş Dağlıq Qarabağ bölgəsi fars dilində "Qarabağ Respublikası" kimi təqdim edilmişdi. Güney Azərbaycan ictimaiyyətinin etirazları nəticəsində İran rəsmiləri qondarma “Qarabağ Respublikası”nın adını həmin tətbiqdən silməyə məcbur oldu.







Bənzər bir təxribat da yanvar ayında İran Yollarının İdarə Edilməsi Qurumu tərəfindən törədilmişdir. Bu qurum öz saytında (141.ir) yaydığı xəritədə beynəlxalq qanunları heçə sayaraq Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərini qondarma “Qarabağ Respublikası” adı ilə dərc etmişdir. Güney Azərbaycanda yaşayan soydaşlarımızın kəskin etirazından sonra İran rəsmiləri geri addım ataraq qondarama adı xəritədən çıxarmışlar.







Dağlıq Qarabağın heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmadığını bilən İran rəsmilərinin qondarma “Qarabağ Respublikası” ifadəsini işlətməsi şübhəsiz ki, Azərbaycana qarşı düşəmənçilikdən başqa heç nə deyil.





İranın Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistana yardım etməsi barədə çox yazılıb. İslam Respublikasının Azərbaycana qarşı qərəzli mövqeyi hələ də davam edir.
Bu xəbər oxucular tərəfindən 283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed