Şrift:
İranın Rəfsəncan şəhərində daha 3 bəhai həbs edilib
08.06.2020 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, ETTELAAT-ın Rəfsəncan şöbəsinin əməkdaşları iyunun 7-i sübh saatlarında bəhailər, Nahid Nəimi, Didar Əhmədi və Boşra Müstəfəvi-ni şəxsi mənzillərində tutub naməlum istiqamətə aparıblar.



Hər üç bəhainin mənzilində yoxlamalar aparılıb, onlara məxsus noutbuklar, mobil telefonları, bəhai dininə aid kitablar və bir sıra digər əşyaları götürülüb.



Həbs edilən bəhailərin konkret nədə günahlandırıldığı və onların hazırda harada saxlanıldığı barədə hər hansı bir məlumat yayılmayıb.



Qeyd etmək lazımdır ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz həmin səbəbə görə də, son 42 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.



İranda hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə qədər yüzlərlə bəhai əsassız ittihamlarla edam edilib.
Bu xəbər oxucular tərəfindən 317 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed