Şrift:
İraqın neft naziri: “OPEC+” sazişinə tam sadiqik
09.06.2020 [11:23] - Gündəm, İqtisadiyyat
İraq “OPEC+” üzrə neft hasilatının məhdudlaşdırılmasına dair sazişə tam sadiqdir.


Xarici KİV-lər xəbər verir ki, İraqın Neft naziri İhsan Əbdül Cabbar Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salmanla telefon danışığında ölkəsinin “OPEC+” üzrə neft istehsalının azaldılması ilə bağlı razılaşmaya tam sadiq olduğunu deyib.

Nazir iyun və iyul aylarında “OPEC+” sazişinə tam əməl edəcəklərini və sonrakı aylarda da istehsalın azaldılması anlaşılmasına sadiq qalacaqlarını söyləyib.

Qeyd edək ki, ötən həftə “OPEC+” koalisiyasının üzvləri ilə İraq arasında hasilat məhdudiyyətləri üzrə öhdəlikləri yerinə yetirməməklə bağlı narazılıq yaranmışdı.
Bu xəbər oxucular tərəfindən 294 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed