Şrift:
İran Səhiyyə Nazirliyinə yeni sözçü təyin edilib
09.06.2020 [14:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata əsasən, Səid Nəməkinin sərəncamı ilə hazırda onun mədəni işlər üzrə müavini olan Sima Sadat Lari əvvəlki postunu saxlamaq şərti ilə İran Səhiyyə Nazirliyinin sözçüsü vəzifəsinə təyin edilib.



Bildirilir ki, İran Səhiyyə Nazirliyinin işçilərindən heç biri bundan əvvəl rəsmi olaraq sözçü vəzifəsində çalışmayıb və nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kiyanuş Cahanpur ölkədə koronavirus yayılmağa başlayandan sonra müvəqqəti olaraq nazirliyin sözçüsü vəzifəsini daşıyıb.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed