Şrift:
İranda daha 71 nəfər koronavirusdan ölüb, 2410 nəfər xəstəliyə tutulub
13.06.2020 [14:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari, iyunun 13-də mediaya açıqlamasında məlumat yayıb.



Sima Sadat Larinin dediyinə görə, bununla da bu günə qədər İranda koronavirusdan ölənlərin sayı 8 min 730 nəfərə, xəstəliyə yoluxanların sayı isə 184 min 955 nəfərə yüksəlib.



Sözçünün bildirdiyinə görə, ötən bir gün ərzində həmçinin koronavirus xəstəliyindən tam sağalıb evə buraxılanların sayı artaraq, 146 min 748 nəfərə yüksəlib. Hazırda isə xəstəliyə yoluxan və xüsusi rejimli xəstəxanalarda müalicə alan 2755 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.



İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 8730 nəfərə, yoluxanların sayının isə 184955 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 52 min nəfəri keçdiyini, 1 milyon 200 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 298 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed