Şrift:
Türkiyə XİN: “İnsan haqları müdafiəçiləri”nin bölgədə yaşananları görməməzliyə vurmasını qəbul etmirik
21.06.2020 [12:58] - Xəbərlər, Siyasət
Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı həyata keçirdiyi “Pəncə-Qartal” və “Pəncə-Qaplan” antiterror əməliyyatları ilə bağlı ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyası tərəfindən verilən açıqlama bu qurumun mövzu ilə bağlı növbəti əsasız yanaşmasıdı

Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun mövzu ilə bağlı açıqlamasında əksini tapıb. Bildirilir ki, dini azadlıqları müdafiə iddiasında olan bu qurum ABŞ tərəfindən də terrorçu təşkilat kimi tanınan PKK-nın İraqda, eləcə də onun dəstəklədiyi PYD/YPG-nin Suriyada həyata keçirdiyi separatçı siyasətini və terrorçu fəaliyyətini qəbul etməyən kürdlər daxil olmaqla bölgə əhalisinə qarşı tətbiq edilən zülmü görməməzliyə vuraraq ölkəmizin terrorla mübarizəsini əsassız olaraq tənqid etməsi və PKK-nın təbliğatlarına alət olması ən azı utandırıcıdır.

İŞİD ilə mübarizə adı altında Sincarda (İraq) yerləşən PKK-nın zorakılığı səbəbindən on minlərlə yezidinin öz yurdlarına qayıda bilməməsi, geri qayıdanların isə terror təşkilatının zülmünə məruz qalması, yezidilər və bölgə rəhbərliyi tərəfindən gündəmə gətirilən acı gerçəklikdir. Aramilər də sistemli şəkildə bu terror təşkilatının zülmünə məruz qalmaqda, məktəbləri bağlanmaqda, uşaqları zorla silahlandırılaraq ailələrinin əlindən alınmaqdadır. Təəssüf ki, saxta “insan haqları müdafiəçiləri” bu günə qədər bölgədə baş verən bu faciəvi gerçəklikləri görməməzliyə və eşitməzliyə vururlar. Bütün bunlara görə, bu qurumun həqiqətləri təhrif edərək terror təşkilatının dəstək verməsini qətiyyən qəbul etmirik.
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed