Şrift:
Azərbaycanda koronavirusa daha 534 yoluxma faktı qeydə alınıb, 307 nəfər sağalıb
28.06.2020 [19:35] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 534 yoluxma faktı qeydə alınıb, 307 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 16 min 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib. Aktiv xəstə sayı 7200 nəfərdir.

Ötən müddət ərzində 468 min 967 test aparılıb. Bugünkü test sayı isə 7106-dır.
Bu xəbər oxucular tərəfindən 248 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed