Şrift:
Güney azərbaycanlı milli fəal Rəsul İrəci saxlanılıb
30.06.2020 [09:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fəalın iyunun 29-da saat 10:00 radələrində Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində saxlandığı bildirilir. Onun harada saxlandığı, həmçinin tutuqlanmasının səbəbi barədə hələlik heç bir məlumat yoxdur.





GünazTV-yə daxil olan məlumata əsasən, təhlükəsizlik qüvvələri daha öncə milli fəala “çağırış vərəqəsi” göndərərək onun Polis İdarəsinin təhlükəsizlik bölümünə müraciət etməsini tələb etsələr də İrəci həmin bölməyə getməkdən imtina etmişdi.





Rəsul İrəci İranda Azərbaycan türklərinin milli-mədəni haqlarının tanınması və məktəblərdə türk dili və ədəbiyyatının tədris olunması uğrunda apardığı dinc fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə tutulub, müxtəlif təzyiqlərə məruz qalıb.





Milli fəal 2016-ci ilin noyabr ayında Rey şəhərində, Səttar xanın vəfatının 102-ci ildönümü münasibətilə onun məzarı üstündə keçirilən mərasimdə tutulmuşdu. İrəci 20 gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.





Son həftələrdə İranda güney azərbaycanlılara qarşı təhlükəsizlik qüvvələri və məhkəmə orqanları tərəfindən təzyiqlər artıb. Hazırda milli fəallar Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini, Cəfər İsmayılzadə və oğlu Milad İsmayılzadə, Yunis Qulizadə, Əmir Səttari, Cəfər Rüstəmirad, Kiyanuş Aslani, Yusif Kari və Ruzbeh Piri həbsdə saxlanılır.
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed