Şrift:
Qərbi Azərbaycanda daha 9 nəfər koronavirusdan ölüb
01.07.2020 [10:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 257 nəfərinin koronavirus testi pozitiv çıxıb.

“İnfeksiyaya yoluxanlardan 149 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 46 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə əlavə edib.

Ağazadə həmçinin bildirib ki, son 24 saatda daha 9 nəfər koronavirusdan dünyasını dəyişib. Beləcə də Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının ümumi sayı 435 nəfərə çatıb.





Zəncan əyalətində isə son 24 saatda daha 36 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 1604 nəfərə çatdığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı isə 177 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1309 nəfərinin tam sağaldığını bildirib.

O həmçinin qeyd edib ki, hazırda koronavirusa yoluxan 500 nəfər xəstəxanalarda müalicə alır.





Güney Azərbaycanın Ərdəbil əyalətində isə son 24 saatda 24 nəfər koronavirusa yoluxub. Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayinin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 143 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 34 nəfəri reanimasiya şöbəsindədir.
Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed