Şrift:
Kəngərli rayonunun Böyükdüz kəndində yeni qapalı suvarma şəbəkəsi qurulur
02.07.2020 [11:09] - Gündəm, İqtisadiyyat
Kəngərli rayonunun Böyükdüz kəndində 800 hektar sahəni əhatə edən ərazidə qapalı suvarma şəbəkəsi qurulur.

Layihəyə əsasən, müxtəlif diametrli borularla 2 min 690 metr ana xətt, 24 min 500 metr paylayıcı boru xətti çəkilib. Bundan başqa ərazidə 270 supaylayıcı hovuz və suvarma hidrantı da quraşdırılıb. Əraziyə suyun öz axını ilə verilməsi üçün müxtəlif diametrli borularla 5 min metrdən artıq ana xətt çəkiləcək.

Burada 73 min metrdən artıq paylayıcı boru xəttinin, 780 hidrant və paylayıcı hovuzun, 145 mindən artıq sutəmizləyici siyirtmənin, 138 suboşaldıcının quraşdırılması nəzərdə tutulub.

Qapalı suvarma şəbəkəsinin su təminatı Araz Su Anbarında tikiləcək pilləli nasos stansiyası vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, bu günə qədər Kəngərli rayonunun Böyükdüz, Xok, Kərki və Yurdçu kəndləri ərazisində, ümumilikdə, 1916 hektar sahəni əhatə edən ərazidə qapalı suvarma şəbəkəsi tikilib.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed