Şrift:
Tehranda evlərin qiyməti 121% bahalaşıb
03.07.2020 [09:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Yol və Şəhərsalma Nazirliyinin rəsmi statistikalarını araşdırdıqda, 2018-i ilin oktyabr ayından 2020-ci ilin iyun ayına qədər bu bahalaşmanın qeydə alındığı görünür.


Həmin statistikaya əsasən, 2018-ci ilin oktyabrında Tehranda mənzillərin 1 kvadrat metrinin qiyməti orta hesabla 8 milyon 633 min tümən təşkil edib.


Hazırda isə sözügedən nazirliyin ən son statistikasında qiymətin 19 milyon 71 min tümənə yüksəldiyi qeyd edilir.


Ötən həftə İranın Yol və Şəhərsalma Nazirliyinin proqramlaşdırma və iqtisadiyyat şöbəsi yaydığı məlumatda cari ilin iyun ayında Tehranda mənzillərin qiymətinin aprel ayına nisbətən 23%, 2019-cu ilin iyun ayı ilə müqayisədə isə 42 faiz bahalaşdığını bildirib.
Bu xəbər oxucular tərəfindən 347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed