Şrift:
İran Ukrayna təyyarəsinin qurbanlarına görə kompensasiya ödəyəcək
03.07.2020 [14:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İsveçin Xarici İşlər naziri Ann Liden rəsmi Tehranla təzminatların ödənməsi yolları barədə müzakirələr aparacaqlarını deyib.


Onun sözlərinə görə, razılaşma təyyarədə vətəndaşları ölən bütün ölkələrin iştirakı ilə keçirilmiş danışıqlar nəticəsində əldə edilib.


Xatırladaq ki, "Sepah" terror təşkilatının yanvarın 8-də Tehran səmasında Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini iki raketlə vurması nəticəsində 176 nəfər ölmüşdü. İran hadisəni 3 gün gizlədib, bunu texniki nasazlıq səbəbindən baş vermiş qəza kimi təqdim etsə də, beynəlxalq təzyiqlər qarşısında təyyarənin vurulmasını etiraf etməyə məcbur qalmışdı.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed