Şrift:
Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin 360 kəndində artıq yaşayış yoxdur.
07.07.2020 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Şərqi Azərbaycan valiliyinin kəndlər üzrə şöbəsinin müdiri Tağı Kərəmi məlumat verib.





Kərəmi Şərqi Azərbaycan əyalətinin 3 min 77 kəndindən 2 min 709 kəndində əhali yaşadığını bildirib.





İran hakimiyyətinin türklərə qarşı yürütdüyün ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycanda yaşayan əhali iqtisadi problemlərdən dolayı, öz ata-baba yurdunu tədricən tərk edir və işləmək üçün fars bölgələrinə köçür. Bunun nəticəsində isə hər il onlarla kənd əhalidən boşalır. Bu problem uzun illərdir ki, öz həllini tapmır.





Həmədan valiliyinin Şura və Kəndlər üzrə Mərkəzinin direktoru Fridun Ərəbi 2016-cı ildə əyalətin 320 kəndinin əhalidən boşaldığını açıqlamışdı.

“Həmədan əyalətində son illərdə əhalinin köç etməsi nəticəsində kənd sakinlərinin sayı 30 faiz azalıb,” deyə Ərəbi bildirmişdi.





Ərdəbil əyalətinin İdarəetmə və Planlaşdırma Təşkilatının rəsmisi Mehdi Seyid Kazimi də 2018-ci ildə bənzər açıqlama verərək əyalətin 211 kəndində yaşayışın olmadığını bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed