Şrift:
Avropa Parlamentinin üzvləri İrana səfərlərini ləğv edib
29.10.2012 [16:11] - Gündəm, Güney Azərbaycan xəbərləri
Rəsmi Tehranın Avropa Parlamentinin nümayəndələrinə həbsdə olan fəallarla görüşə icazə vermədiyinə görə, onların İrana səfərləri ləğv edilib.

Cümə günü vəkil Nəsrin Sotoudeh və kinorejissor Cəfər Pənahi Avropa İttifaqının (Aİ) “Saxarov” mükafatının vahid qalibləri elan olunub.

MövzularSiyasətAİ-nın siyasətçiləri İrana şənbə günü gəlməli idilər və fəallara mükafatı təqdim etmək istəyiblər.

Lakin İran mətbuatına əsasən rəsmi Tehran bu hərəkəti şərt kimi qəbul edə bilməyib.

Yerli mətbuata əsasən İranın parlament spikerinin müşaviri Hossein Şeyxoleslam deyib ki, nümayəndələr “əvvəldən razılaşmış şərtlər və gündəmə” uyğun olaraq səfər etmək istəsələr, hökümətin “heç bir etirazı yoxdur”. Bü gündəmin nədən ibarət olduğu aydın deyil.

Lakin Avropa Parlamentinin nümayəndələrinin başçısı İranın Aİ-na səfirindən “Avropa Parlamentinin üzvlərinə Saxarov mükafatının laureatlarına dəvətnamə məktublarını şəxsən çatdıra biləcəyinə zəmanət verə bilməyəcəyi” haqqında zəng alandan sonra bu səfəri ləğv edib.

Nəsrin Sotoudeh “milli təhlükəsizliyin əleyhinə fəaliyyət” və “rejimə qarşı təbliğat”a görə Evin həbsxanasında altı illik həbs cəzası çəkir. Sotoudeh hazırda təcridxanadadır.

52 yaşında olan Cəfər Pənahi İranda həyat haqqında çəkdiyi filmlərinə görə məhşurdur. Pənahi 2010-cu ildə oxşar ittihamlara görə ev dustaqlığı ilə cəzalandırılıb və film çəkməyinə 20 illik qadağa qoyulub.

1998-ci ildən etibarən Saxarov Mükafatı həyatlarını insan hüquqlarının müdafiəsinə həsr edən şəxslərə Avropa İttifaqı tərəfindən təqdim olunur. Qaliblər 50,0000 avro (65,000 dollar) mükafatı alır.
Bu xəbər oxucular tərəfindən 927 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed