Şrift:
İranda yük gəmisi yanıb
07.07.2020 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumatı əyalətin Limanlar və Dənizçilik Baş İdarəsinin Dəniz Sularında Təhlükəsizlik və Mühafizə İdarəsinin rəisi Hüccət Xosrəvi yayıb.


Onun sözlərinə görə, yanğın baş verən zaman gəmi limanda lövbər salmış vəziyyətdə olub.


Bildirilir ki, bu gün səhər saat 9 radələrində başlamış yanğın 4 saatdan sonra söndürülüb. Hadisə nəticəsində insan tələfatı qeydə alınmasa da, gəmi və içərisindəki yük kül olub.


Yanğından sonra dənizdə çirklənmə baş verdiyindən, suyun təmizlənməsi üçün əraziyə xüsusi briqada cəlb edilib.


Hadisənin baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar başlanıb.
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed