Şrift:
Möhsün Haşimi: “Tehranda bir gün ərzində 70 nəfər koronavirusdan vəfat edib”
07.07.2020 [14:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi iyulun 7-də jurnalistlərlə görüşündə məlumat yayıb.


O deyib ki, paytaxt Tehranda pandemiya qurbanlarının sayı əvvəlki dövrlərə nisbətən sürətlə artmaqdadır: “Təəssüflər olsun ki, son günlər paytaxtda koronavirusa yoluxma səbəbilə ölənlərin sayı artıb. Belə ki, təkcə dünən pandemiya xəstəliyindən vəfat edən 70 nəfərin cənazəsi Tehranın “Behişti-Zəhra” qəbiristanlığında torpağa tapşırılıb.


Əvvəllər paytaxtda koronavirusdan ölənlərin sayı 19 nəfərdən az idi. Lakin son vaxtlar bu rəqəm sürətlə artmağa başlayıb və hazırda Tehranda xəstəlikdən həyatını itirənlərin sayı gündən-günə artır” -deyə, Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi əlavə edib.
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed