Şrift:
İranda daha 200 nəfər koronavirisdan ölüb, 2637 yeni “Covid-19” xəstəliyinə yoluxma faktı qeydə alınıb
07.07.2020 [14:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə iyulun 7-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 11 min 931 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 245 min 688 nəfərə çatıb.


Sözçü həmçinin bildirib ki, indiyədək xəsəlikdən tam sağalıb evə buraxılanların sayı artaraq, 207 min nəfərə yüksəlib.


Sima Sadat Lari sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicələrini davam etdirən 3270 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 11 931 nəfərə, yoluxanların sayının isə 245 688 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 67200 nəfəri keçdiyini, 2 milyon 500 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed