Şrift:
Qərbi Azərbaycanda daha bir xəstəxana COVID-19 xəstələrinə ayrılıb: yoluxanların sayında rekord artım
08.07.2020 [09:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə məlumat verib.

Onun sözlərinə görə, Urmiyanın Taliqani və Xomeyni xəstəxanalarında artıq yer olmadığını görə üçüncü xəstəxana da koronavirus xəstəliyinin müalicəsi üçün nəzərdə tutulub.





Qərbi Azərbaycan əyalətində 815 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 345 nəfərinin koronavirus testi pozitiv çıxıb.





O bildirib ki, son 24 saatda 158 nəfər xəstəxanaya yerləşdirilib, 15 nəfər isə koronavirusdan ölüb. Ağazadə bu rəqəmlərin pandemiyanın başlanmasından bəri rekord göstərici olduğunu bildirib.

“İnfeksiyaya yoluxanlardan 163 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 52 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib.





Zəncan əyalətində isə son 24 saatda daha 48 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 1916 nəfərə çatdığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı 196 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1531 nəfərinin tam sağaldığını bildirib.





Güney Azərbaycanın Ərdəbil əyalətində isə son 24 saatda 28 nəfər koronavirusa yoluxub. Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayinin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 183 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 38 nəfəri reanimasiya şöbəsindədir.





Rzayi son 24 saatda daha 3 nəfərin koronavirusdan öldüyünü bildirib.
Bu xəbər oxucular tərəfindən 296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed