Şrift:
Sulduzda milli fəal Abbas Lisaniyə dəstək məqsədilə posterlər paylanılıb
09.07.2020 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Abbas Lisaninin şəkilini özündə əks etdirən posterlərdə milli fəalın məhkəmə iclasındakı sözləri də yer alıb:

"Hökm nə olur-olsun, ömürlük həbs və ya edam olması heç fərq etməz. Tək bir addım geri atmayacağam. Bədənimdə tək bir hüceyrə diri qalsa belə millətim və vətənim Azərbaycan yolunda mübarizəyə davam edəcək!"





Qeyd edək ki, Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi iyunun 4-də Ali Məhkəməyə müraciət etdikdən sonra məhkəmənin Ərdəbil Apelyasiya Məhkəməsinin milli fəala qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxladığını bildirib.





Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed