Şrift:
Tehranda yenidən partlayış səsləri eşidilib
10.07.2020 [13:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə xəbər yayan yerli media orqanları da sosial şəbəkə istifadəçilərinin partlayış səslərinin Gərmdərə bölgəsi və Qüds şəhəri tərəfindən gəldiyini ehtimal etdiklərini bildiriblər. Lakin onlar məlumatları nə təsdiq, nə də təkzib ediblər.


Xəbərlərdə həmçinin qeyd edilir ki, Qüds şəhərində elektrik verilişi də tam kəsilib.


Lakin bu gün səhər saatlarında məsələyə münasibət bildirən İran Milli Məclisinin Şəhriyar və Qüds şəhərləri üzrə seçilmiş deputatı Hüseyn Haqverdi Tehranın qərbində partlayış baş verməsi ilə bağlı bütün məlumatları təkzib edib.


O, Qüds şəhərində elektrik enerjisinin verilişinin dayanmasını bölgədə Elektrik İdarəsinin apardığı işlərlə əlaqələndirib.


Qeyd etmək lazımdır ki, iki həftə əvvəl Tehran sakinləri sosial şəbəkələrdə paytaxtın şərqindən güclü partlayış səsləri gəldiyi barədə məlumat yaymışdılar. Faktı təsdiqləyən iranlı rəsmilər partlayışın Parçin bölgəsində yerləşən qaz çəninin partlaması nəticəsində baş verdiyini iddia etmişdilər. Amma aparılan araşdırmalar həmin hadisənin İranın öz nüvə proqramını həyata keçirdiyi Xocir bölgəsində baş verdiyini göstərir.


Bundan bir neçə gün sonra isə İranın Nətənz nüvə təsisatında yanğın baş vermişdi. İranlı rəsmilər Nətənz qəzasında hər hansı xarici ölkənin əli olmasının isbata yetirildiyi təqdirdə, buna "münasib cavab" verəcəklərini bildirirlər.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed